2007-07-18

OSMAN MİRZƏYEVİN “ADLARIMIZ” KİTABININ PREZENTASİYASI KEÇİRİLİB




20 noyabr 1991-ci ildə Azərbaycanın bir qrup dövlət xadimi ilə birlikdə Qarabağda erməni hərbiçiləri tərəfindən vurulan vertolyotda faciəli şəkildə həlak olmuş məşhur Azərbaycan jurnalisti, Azərbaycan prezidentinin sabiq mətbuat katibi Osman Mirzəyevin “Adlarımız” kitabının prezentasiyası keçirilib.“Adlarımız” kitabı müasir Azərbaycan adlarının etimologiyasına həsr olunub. Mini-oçerk şəklində təqdim olunmuş şərhlərdə hər bir adın mənasının, mənşəyinin, təkamülünün açıqlanması verilir. Təqdimetmə mərasimi iştirakçılarının çıxışlarında qeyd olunduğu kimi, bu il 70 yaşı tamamlanmalı olan Osman Mirzəyev Azərbaycan müasir milli mətbuatının məşhur simalarından idi. Hətta SSSR illərində o, milli ideyanı fəal olaraq təbliğ edirdi.Osman Mirzəyevin kiçik qızı Sevinc Mirzəyeva mərasim iştirakçılarına təşəkkür edib və qeyd edib ki, “Adlarımız” kitabının latın əlifbası ilə nəşri “bizim adlarımıza yeni həyat verir”. O, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluna kitabın nəşri üçün minnətdarlığını bildirib.Mərasimdə parlament deputatları, ictimaiyyət və diplomatik korpus nümayəndələri, jurnalistin doğmaları və yaxınları iştirak ediblər.


Kitabı əldə etmək istəyənlər "Alma" qəzetinin redaksiyasına müraciət edə bilərlər.
Əlaqə tel: 012-596-47-18
055-625-09-25
Qiyməti: 8 man

Hiç yorum yok: