2008-02-10

Məmməd İsmayılın yeni kitabı təqdim olundu


Kitaba şairin son illərdə yazdığı şeirləri toplanıb

KultAz: Dünən Atatürk Mərkəzində görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yeni kitabının təqdimatı keçirilib. “Yoxun varlığı” adlanan kitabda şairin son illər yazdığı şeirləri toplanıb. Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov Məmməd İsmayılın yaradıcılığı, Azərbaycan poeziyasındakı yeri ilə bağlı geniş məlumat verib. Şair Nəriman Həsənzadə Məmməd İsmayılın poeziyaya gəlişindən söhbət açıb, şairlə bağlı xoş xatirələrini danışıb. Qələm adamlarından İbrahim İlyaslı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, Sabir Sarvan və başqaları Məmməd İsmayılın yaradıcılığı ilə bağlı danışıblar, onu Azərbaycanın çağdaş ədəbiyyatının və ictimai həyatının ən dəyərli simalarından biri kimi xarakterizə ediblər. Tədbirin sonunda Məmməd İsmayıl çıxış edərək iştirakçılara təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub.
Qeyd edək ki, Məmməd bəy son illər Türkiyədə yaşayır. Onun şair və vətəndaş kimi mövqeyi öz cəsarəti və yenilməzliyi ilə bu günün bir çox üzdə olan ədəbi fiqurlarına nümunə ola bilər.

Hiç yorum yok: