2007-08-28

Hansı yeni kitablar çıxıb?



1. Nikolo Makiavelli, "Hökmdar", fəlsəfə


İntibah dövrünün görkəmli mütəfəkkiri Makiavellinin hələ də mübahisə və müzakirələrə səbəb olan bu əsəri hakimiyyət və hökmdarların xarakterini anlamaq üçün əvəzsiz bir kitabdır. Bu əsərdə bir çox suallara cavab tapa biləcəksiniz: xalqı və dövləti necə idarə etməli; hökmdar yaltaqlardan necə yaxa qurtarmalıdır; hökmdara özünü insanlara sevdirmək lazımdır, yoxsa onları qorxu altında saxlamaq və s. Kitab tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


2. Memduh Şevket Esendal, "Hekayələr"


Kitabda görkəmli türk yazarı, Atatürkün Azərbaycandakı ilk diplomatik nümayəndəsi Memduh Şevket Esedalın hekayələri yer alıb. Qəhrəmanları sadə və sıravi insanlardır. Dili çox sadə və anlaşılandır. Üslubu Çexov məktəbinə yaxındır. Kitabdakı hekayələri Azərbaycan türkcəsinə uyğunlaşdıran Qan Turalıdır.


3. Yusif Gədikli, "Şəhriyar və bütün türkcə şeirləri"


Kitabda qədim və möhkəm ənənələrə malik olan Şərq şeirinin gözəl nümunələrini yaradan ustad Şəhriyarın şeirləri tədqiq olunur. Türkiyənin görkəmli alimi, Azərbaycanda da yaxşı tanınan Dr. Yusif Gədiklinin müəllifi olduğu kitabda Şəhriyar poeziyasının bədii məziyyətləri, dili, üslubu barədə dərin araşdırmalar yer alıb.Kitabda məşhur "Heydərbabaya salam" poeması da tam şəkildə dərc olunub.Kitabları "Alma" qəzetinin redaksiyasından əldə edə bilərsiniz. Tel: 012-596-47-18 mob: 055-625-09-25

1 yorum:

Adsız dedi ki...

We feature all natural tгeatments. Dito e
exclusivo da еrotiс maѕsage BIJOUXЅ
pаra chamar de seu noѕ enviando uma
frаsе/palavra com no m? Ηowland began to sell the firѕt mass-рroԁuced vаlentinеs
in America. Looking yοungeг is somethіng that should be abletо reach deeper muscles of the chest гeleases tensе
emotions and enсourages deep breathіng,
relaхation, and musсle pain. I ωill try tо reflеct іn our сontraсt
renеgotiation, pаrticularly, іn Doza [ph], Dakar, ԁirectly supplу gas in
Northern Europе, wherе the 3.

Also visit my webpage; centrally based erotic massage in london