2007-09-12

Ramiz Rövşən “Aclıq ilinin balıqları” kitabını çapa hazırlayır


Şair Ramiz Rövşən nəsr əsərləri, ssenariləri, esseləri və tərcümələrindən ibarət yeni kitabını çapa hazırlayır. Ramiz Rövşənin APA-ya verdiyi məlumata görə, şərti adı “Aclıq ilinin balıqları” olan kitab gələn il işıq üzü görəcək. Hazırda nəsr əsərlərini rus dilində çapa hazırladığını deyən müəllifin ssenarisi əsasında “Qala” filminin çəkilişləri aparılır: “Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən bu tammetrajlı bədii filmdə reallıqla illüziya bir-birinə qarışıb. Çəkiliş qrupu uçuq qalaya film çəkməyə gəlir və onların gözü qarşısında əsl qala görünür”. Ötən əsrin 90-cı illərinin hadisələri, Qarabağ müharibəsinin təsvir olunduğu pritçavari filmin ilin sonuna kimi tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

Hiç yorum yok: