2007-09-14

"SAVADLI MİLLƏTİN TƏMƏLİ - SAVADLI QADIN" KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB


Bu gün Muzey Mərkəzində tədqiqatçı Fuad Axundovun Hacı Zeynalabdin Tağıyevlə bağlı "Savadlı millətin təməli - savadlı qadın" kitabının təqdimat mərasimi keçirilib. BMT İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun dəstəyi ilə çap olunan 168 səhifəlik kitab islam dünyasında müsəlman qızlar üçün ilk məktəbin təsis edilməsinə həsr olunub. Fuad Axundovun müəllifi olduğu nəşrdə ötən əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyevin yaratdığı qızlar məktəbinin fəaliyyətindən, orada işləyən müəllim heyətindən bəhs edilir. Kitabın Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını bildirən Fuad Axundov, hal-hazırda da Azərbaycanda qadın problemlərinin həll edilməsini müsbət əlamət kimi qiymətləndirib. Təqdimatda BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in və UNFPA-nın Rezident nümayəndəsi Bruno Pueza çıxış edib. Çıxışında Bruno Pueza Zeynalabdin Tağıyevin Azərbaycan xalqı üçün etdiklərindən bəhs edib.

Hiç yorum yok: