2007-11-01

İranda Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitabı Azərbaycan dilində çap olunub


İranda şair Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitabı Azərbaycan dilində çap olunan “Yaşmaq” ədəbi-bədii jurnalının təşəbbüsü ilə nəşr edilib. Kitabın redaktoru Səid Muğanlının APA-ya verdiyi məlumata görə, Azərbaycan dilində, lakin ərəb qrafikası ilə çap olunan kitabın rəssamı Ərdəkir Rüstəm olub. İki min nüsxədə nəşr olunan kitab İranda geniş oxucu kütləsi üçün nəzərdə tutulub. S. Muğanlı bildirib ki, İranda Azərbaycanın müasir şair və yazıçılarının əsərlərinə maraq böyük olduğundan bu səpkili nəşrlərin çapı davamlı şəkil alacaq.

Hiç yorum yok: