2007-11-29

Qəşəm Nəcəfzadə yeni kitablarını və saytını təqdim edibYazıçılar

Birliyində şair Qəşəm Nəcəfzadənin "Qadının ölümü" (Azərbaycan dilində), "Çevrilmə" (Rus dilində), "Axşam hekayələri" (İngilis dilində) kitablarının və www.qeshemnecefzade.net saytının təqdimat mərasimi keçirilib.Birliyin katibi Arif Əmrahoğlu bu tədbirin Q.Nəcəfzadə və ümumən ədəbi mühit üçün əlamətdar olduğunu önə çəkib. A.Əmrahoğlu təqdim olunan kitabların məzmunu barədə danışaraq, nəşrlərə daxil olan əsərləri şairin gərgin zəhmətinin və uğurlu yaradıcılıq axtarışlarının nəticəsi kimi qiymətləndirib. Tənqidçi Əsəd Cahangir Q.Nəcəfzadənin yaradıcılığından, ədəbi fəaliyyətindən və nail olduğu önəmli nəticələrdən söz açıb: "Bu gün ədəbiyyatımızın yeni səsə, yeni poetik dəsti-xəttə malik olan Qəşəm kimi şairlərə böyük ehtiyacı var". Ə.Cahangir Hollandiyada keçirilən poeziya festivalında Q.Nəcəfzadənin əsərlərinin bəyənilməsinə diqqət yönəldərək, bunu şairin mühüm uğuru kimi dəyərləndirib.

Hiç yorum yok: