2008-01-24

Azərbaycan yazarlarının Türkiyədə kitabı nəşr olunub


Bu günlərdə Türkiyənin «Ufuk Ötesi Yayınları» nəşriyyatında Azərbaycan yazıçılarının əsərlərindən ibarət «Dört dörtlük» kitabı işıq üzü görüb. Kitabda 1980-90 –cı illər Azərbaycan prozasını təmsil edən nasirlərdən Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Uğurlu Fəxrinin hekayə və povestləri daxil edilib. Bunlar Azərbaycan oxucusuna da yaxşı tanış olan «Mərənd ölüsü», «Gəlin», «Gözəl» (Əlabbas), «Həbsxanadan qaçmış cani», «Vay nənə…ə!!!», «Dahilərlə döyüş (Aslan Quliyev), «Dönəlgə» (Nəriman Əbdülrəhmanlı), «Şeyx Sənan», «Leylinin məcnunluğu», «İskəndərin qanunu» (Uğurlu Fəxri) və digər əsərlərdir.Əsərləri türk dilinə Aişə Nəbili və Xanəmir Telmanoğlu çevirib. Şərqşünas professor Əskər Rəsul kitaba ön söz yazıb. «Dəyərli türk oxucularına kitabda yer alan on hekayə və bir povestlə ilk dəfə tanıdılan dörd yazıçı, çağdaş Azərbaycan ədəbiyyatının 80-cı illər nəsrinin ən öndə gələn təmsilçilərindəndir… Gözəlim türkiyə türkcəsində oxuyacağınız hekayələrin azəricəsi də türkcə qədər zərifdir, dadlıdır, safdır, duru və axıcıdır» qənaətinə gələn professor təqdimatda təkcə 80-90-cı illər nəsrinin deyil, eyni zamanda tərcüməçilərin də fərqli məziyyətlərini önə çəkib.Kitabda müəllifəlrin yığcam bioqrafiyası da yer alıb. Qeyd edək ki, min tirajla işıq üzü görən kitabın satışı Türkiyədə həyata keçiriləcək.

Hiç yorum yok: