2008-01-24

Nizami Cəfərovun "Seçilmiş əsərləri" nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun "Seçilmiş əsərlər"i işıq üzü görüb. APA-nın xəbərinə görə, V cilddən ibarət olan "Seçilmiş əsərlər"in 3 cildi nəşr edilib, qalan cildlərin isə yaxın günlərdə çapı nəzərdə tutulur. Topluda N. Cəfərovun müxtəlif illərdə qələmə aldığı yazılar və Azərbaycan ədəbi dili tarixinə, Azərbaycan ədəbiyyatına və türkologiyaya dair əsərləri yer alıb. Dilçi alimin "Seçilmiş əsərlər"ə daxil etdiyi araşdırmalarında Azərbaycan dilinin etnokulturoloji, sosial siyasi mövqeyi kimi problematik məsələlərə aydınlıq gətirilib. Kitab universitetlərin filologiya fakültələrinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Hiç yorum yok: