2008-01-29

“XVII əsr Azərbaycan lirikası” antologiyası nəşr olunub

Azərbaycan şairlərinin ana dilində yazdığı lirik şeirlərdən ibarət olan “XVII əsr Azərbaycan lirikası” antologiyası nəşr olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Topluda Sahib Təbrizi, Qövsi Təbrizi, Məsihi kimi geniş oxucu auditoriyasına tanış olan şairlərlə bərabər, Sadiq bəy Əfşar, Müsahib Gəncəvi, Məczub Təbrizi, Vəhid Qəzvini, Tərzi Əfşar və başqa şairlərin ana dilində olan şeirləri ilk dəfə oxuculara təqdim edilib. Antologiyanın tərtibçisi və ön sözün müəllifi filologiya elmləri namizədi Paşa Əlioğlu və Məhəmmədəli Hüseyni, redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur. Qeyd edək ki, 340 səhifədən ibarət toplu ana dillində bu dövrə aid ən böyük poeziya antologiyasıdır.

Hiç yorum yok: