2008-04-15

Teleulduzdan şeirlər kitabı…


Siması “Space”, “Lider” telekanalından tanınan teleaparıcı Sevinc Abbasova artıq neçə ildir ki, özünü poeziyada da sınayır. Dövrü mətbuatda şeirləri ilə tez-tez çıxış edən teleaparıcı bu günlərdə şeirlər kitabını da oxucuların ixtiyarına verib.
“Qanun” nəşriyyatında nəşr olunan bu kitabı şairə “Soyuq işıq” adlandırıb. Kitabın redaktorları isə teleaparıcının həmkarları İlhamiyyə Rzayeva və Həmid Herisçidir. Kitabda Sevinc Abbasovanın bir neçə il ərzində qələmə aldığı şeirlər toplanıb.
Şeirlər zərif qadın yaşantıları və etiraflarla xarakterikdir. Qəhrəmanı “həyatışirkli aynadan da betər…” qadınlardır./kultaz.com

Hiç yorum yok: