2008-06-12

Uşaqlar üçün maraqlı kitab


İnna Rüstəmova ixtisasca pedaqoqdur, uzun illər ibtidai siniflərdə dərs deyib. Öyrətdikləri də təkcə metodik vəsaitlərin tələb etdiyi bilgilərlə deyil, qələmə aldığı povest və hekayələrlə də aşılamağa çalışır. Bu yolda ilk addımı balacalara ünvanlanmış «Hər şeydən bir az» kitabıdır.
Kitabın qəhrəmanı Məhəmməddir. Kiçik hekayələr şəklində yazılmış «Hər şeydən bir az» kitabında balaca Məhəmməd qarşılaşdığı müxtəlif həyati situasiyalardan çıxış yolları axtarır. Oxucular paralel olaraq hadisələrin şahidi və hakimi olurlar. Belə ki, kitabın səhifələrindəki əsas personaj hər bir uşaq üçün səciyyəvidir və müavfiq olaraq gənc oxuculara bir növ ayna rolunu oynayır, onların xasiyyətində, əməllərindəki müsbət və mənfi cəhətləri göstərir.
Parlaq, gözəl şəkildə illüstrasiya olunmuş kitab məktəbəqədər uşaqlar üçün anlaşılandır. Səhifələrdəki hadisələri rəngli, parlaq illüstrasiyalar dəqiqliklə təsvir edir.
Ümumiyyətlə, «Hər şeydən bir az» kitabında azyaşlı oxucular üçün ilk baxışdan qavranılması çətin olan mövzulara sadə formada toxunulub. Məsələn, məhəbbət, dostluq, əsl xoşbəxtlik, xeyir və şər, mələk, kişilər və qadınlar və s.
Azərbaycan və rus dillərində, 600 nüsxədə nəşr olunmuş kitabı «Qrafika» kitab mağazaları şəbəkəsindən əldə etmək olar. //kitab.tk

1 yorum:

Adsız dedi ki...

Axı burda mənə lazım olan ən maraqlı kitablar yüklənmir