2007-02-04

Daha bir türk yazarı Avropanı fəth edir

İzzət Naci Celasin, qəhrəmanı seksual və inqilabçı bir qadın olan, 1978-ci il İstanbulunu anladan romanıyla Norveçdə "Ən yaxşı siyasi roman" ödülünü alınca Orxan Pamukdan sonra bu ölkədə ən çox tanınan türk yazarı halına gəldi.
Norveçdə Orhan Pamukdan sonra ən çox tanınan Türk roman yazarı İzzət Naci Celasin oldu. Təqribən 20 ildir bu ölkədə yaşayan Celasin bu şöhrətə ilk romanıyla aldığı ödül sayəsində qovuşdu və ölkə mətbuatının böyük marağına səbəb oldu.
İzzet Naci Celasinin 1978-ci illəri təsvir edən "Svart Himmel, Svart Hav" (Qara göy, Qara Dəniz) adlı romanına Norveçin ən qədim və nüfuzlu nəşriyyatlarından olan “Gyldendal” "Ən yaxşı siyasi roman” ödülünü verdi. Jüri, yarışmaya qatılan 60 əsər arasından iki əsəri birincilik ödülünə layıq görüb. 11 yanvarda düzənlənən mətbuat konfransında adları açıqlanan bu əsərlərin yazarları Celasin və Norveçli Leif Henriksen, 50 min kronluk pul mükafatına sahib oldular. Jüri üzvü və sənət dərgisi “Samtiden”in yazı işləri müdiri Cathrine Sandnes, "Yer qazanan əsərlərdən birinin bir əcnəbi tərəfindən yazılmasına çox sevindim" bildirib.
Celasin isə "Romanım hər şeydən öncə mənim nəslimə, Türkiyədə adlandırıldığı kimi - “78-lilər”ə bir ithafdır"- deyib.
Celasin həmçinin Orxan Pamukun Nobeli haqq edərək qazandığını, amma onu siyasi bir yazar olaraq dəyərləndirmədiyini vurğulayıb.
Roman nədən bəhs edir?
İstanbulda yaşanan təsirli bir eşq hekayəsi ilə 12 setnyabr hadisələrini anladan “Qara Göy, Qara Dəniz” romanının qəhrəmanı yuxarıda qeyd etdiyimiz kimi seksual və inqilabçı bir qadındır. İzzət Naci Celasin romanını belə anladır: "Oxucular kitabın ilk sahifəsindən etibarən möcüzəli bir şəhərin küçələrində başlarına gələcək şeylərdən xəbərsiz halda dolaşmağa başlayacaqlar. Birdən silah səsləri duyacaqlar, bombalar patlayacaq, hər şey havaya uçacak. Sonra dumanların arasından bir gənç qadın ortaya çıxacaq, uzun, dağınıq qara saçları olan bir qadın. Düymələri açıq damalı köynəyinin yaxasından döşlüyünün bəyaz naxışları gözlerinə görünəcək. Kişi oxucular anında aşiq olacaqlar ona, qadın oxucular isə bir az zəiflik hissinə qapılaraq, onunla birlikdə özlərini daha arxayın hiss edəcəklər."
Jüri üzvü və “Gyldendal” nəşriyyatının baş direktoru İrene Engelstad isə Celasinn romanı haqqında bunları deyir: "Möcüzəli bir şəhərdən söz açılır. Təhlükələrlə dolu. Və orada yetişən gənc bir oğlanın son dərəcə təsirli hekayəsindən. Qeyri-adi, müdhiş bir eşq hekayəsini də unutmaq lazım deyil. Celasin o şəhərin küçələrində büyük bir temp və coşğuyla bizi ardınca sürükləyir."
Qeyd edək ki, hələ kitab halında çap olunmamış bu romanın ilk basqısı payızda işıq üzü görəcək. Amma roman ətrafında qalxan hay-küy bunun daha tez bir zamanda baş verəcəyini də istisna etmir.




Hiç yorum yok: