Şairin şeirlərinin internetdə yayılmasına qadağa qoyuldu
Bu günlərdə Türkiyənin “Yapı Kredi Yayınları” (YKY) nəşriyyatının yayım hüququnu əldə etdiyi şairlərin şeirlerinin internet səhifələrində yayılmasına qadağa qoyması ilə daha bir qalmaqalın əsasını qoyub.
Şair və yayımçıların əksəriyyəti bu qərarı dəstəkləsə də, bəziləri belə bir qadağanın yolverilməz olduğunu söyləyərək, buna qarşı çıxıblar.
Qalmaqalın mərkəzində duran isə mərhum Nazim Hikmətin ismidir.
Nazimin qanuni varisi oğlu Mehmet Nazim sayılsa da, Nazim Hikmət Kültür Mərkəzi bəyanat yayaraq, YKY-nin bu qərarını qınadığını və tanımadığını açıqlayıb. Bəyanatda Kemal Özer, Vecdi Çıracıoğlu, Bedrettin Aykın, Yusuf Ziya Bahadınlı, Cengiz Gündoğdu kimi tanınmış yazarların da imzası var. Bəyanatda deyilir: "İllərcə həbsə atılan, vətəndaşlıqdan çıxarılan, şeirlərinə ard-arda yasaqlar qoyulan Nazimi yenidən yasaqlamağa çalışmağınıza heyrətlənmədik. Çünki o, bu torpaqlar və bu torpaqdakılar üçün yazdı. Bərabər yaşadığı yoxsul xalqı, məhz o xalq oxusun deyə şeirinə daşıdı. Bu üzdən Nazimin azad şəkildə yayılmasının qarşısını almaq, elə onu yasaqlamaqdır. Amma yox, yeni bir yasaq qoya bilməyəcəksiniz...
Nazim Hikmətin şeirləri, heç kimsənin inhisarında ola bilməz və yalnız xalqa məxsusdur. Şeirlərini nəşr edən yayın evi, bu şeirləri milyonlara çatdırmağa çalışmalıdır, onun üzərindən imicini qurmağa, xal qazanmağa və Nazimin səsini boğmağa yox. Nazim Hikmət, YKY-nin əlinə və insafına buraxıla bilməz."
Amma qeyd etdiyimiz kimi, Nazim Hikmətlə bağlı son qərarı qanuni varisi oğlu Mehmet verə bilər ki, onun da imzaladığı anlaşmaya görə, atasının yayım hüququ YKY-yə verilib.
Hiç yorum yok:
Yorum Gönder