2007-02-04

Oturacağımda gördüyüm kitab


Bəxtiyar Hacıyev

Hər dəfə Avropa ölkələrində qatarda, avtobusda, parklarda kitab oxuyan gənclər görəndə Azərbaycanla müqayisə aparırdım. Amma ən son keçən ilin oktyabr ayında Klivlənddən Vaşinqtona qatarla gedərkən, qarşılaşdığım bir kitab mənim üzümü güldürdü.
Oturacağımda gördüyüm kitabı əvvəlcə kiminsə unutduğunu düşündüm. Sonradan baxdım ki, kitabın üzərində "Mən itməmişəm, mən satılmıram. Mən bu yol boyunca sənin dostun olacam. Məni oxu və bitirdikdən sonra başqa biri üçün bir yerə qoy. Üzərimdəki kodu internet səhifəmizdə daxil edərək məni əvvəllər oxuyan insanlarla tanış ol və səyahət etdiyim şəhərləri və ölkələri gör." yazılmışdı.
Yol boyu kitabı oxuyaraq, Azərbaycanda da belə təşəbbüslər etməyin mümkünlüyü barədə düşündüm. Məncə Kitab İli çərçivəsində buna bənzər addımlar da atmaq olar.

Hiç yorum yok: