2007-11-29

"Türk dünyası eposları"nın ilin sonuna kimi daha 20 cildi hazırlanacaqTürk

Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Fikrət Türkmənin APA-ya açıqlamasında bildirdiyinə görə, türk xalqlarının epos-dastan yaradıcılığını bütünlüklə əhatə edən külliyyatın artıq 20 cildi nəşr olunub: "2007-ci ilin sonuna kimi daha 20 cild də işıq üzü görəcək. Beləliklə, türk dünyasının 40 cildlik eposları artıq oxucuların ixtiyarında olacaq. Hər birinin 400-450 səhifə olduğunu nəzərə alsaq, bu xəzinənin nə qədər böyük olduğu aydın başa düşülər". Bu cildlərdə ən kiçik türk xalqlarının da dastanlarının əks olunduğunu bildirən F. Türkmən 2008-ci ildə daha 20-30 cildin işıq üzü görməsinin nəzərdə tutulduğunu vurğulayıb. F.Türkmənin sözlərinə görə, "Türk dünyası eposları"nın 100 cilddə hazırlanması nəzərdə tutulur.

Hiç yorum yok: