2007-07-18

ELMAR HÜSEYNOVUN KİTABI NƏŞR OLUNDU (rus dilində)



Beynəlxalq Mətbuat Mərkəzində «Monitor» jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun 40 illiyi qeyd olunub.«Media forum» saytı xəbər verir ki, tədbiri açan «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu Elmarın doğum günü münasibətilə ilə 2000-2002-ci illərdə «Monitor»da çap olunmuş məqalələrindən ibarət kitab hazırladıqlarını deyib. «Poka qorit sveça» adlı kitab bundan əvvəl çıxmış toplunun ikinci hissəsidir. Ş.Xuduoğlu Elmarın qətlinin araşdırılması iə bağlı istintaqın çox ləng aparıldığını vurğulayıb və bu günlərdə MTN istintaqçılarının Gürcüstana yola düşməsinə münasibət bilidirib: «Niyə MTN istintaqçıları Gürcüstana yalnız Elmarın qətlinin ildönümü və ya doğum günü ərəfəsində gedirlər?» Elmarın qətlindən sonra Azəbaycan mətbuatının vəziyyətinin pisləşdiyini deyən baş redaktor durumun daha da ağırlaşa biləcəyini vurğulayıb.ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik isə Elmarın azadlıq ideyası uğruna öldüyünü deyib. O, ABŞ-ın Azərbaycanda mətbuat azadlığına dəstək verdiyini vurğulayıb: «ABŞ bundan sonra da Azərbaycanda mətbuatın iş şəraitinin yaxşılaşdırılmasına və jurnalistlərin peşəkarlığının artırılmasına dəstək verəcək».Norveçin Azərbaycandakı səfiri Yon Ramberq də Elmarın artıq simvola çevrildiyini və azadlıq uğrunda öz canından keçdiyini söyləyib.«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Elmarın qətlindən sonra söz azadlığı sahəsində vəziyyətin daha da ağırlaşdığını söyləyib. Bunula belə, M.Əliyev Elmarın qətlindən sonra məbuatın geri çəkilmədiyini, söz azadlığı uğrunda qətiyyətli mübarizə apardığını önə çəkib və buna misal kimi 7 jurnalistin həbsə düşməsini göstərib.«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid Azəbaycanda mətbuatın vəziyyətinin ağırlaşdığını desə də, ümidlərini itirmədiyini vurğulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov Elmarın şəxsi keyfiyyətlərindən danışıb və onun bütün mənfi tendensiyalara qarşı duruş gətirdiyini söyləyib. Mətbuat Şurasının sədri həbsdə olan jurnalistlərin azadlığa çıxması üçün prezident İlham Əliyevə müraciət etdiyini və jurnalistlərin əfv olunacağına inandığını deyib.BMM-də keçirilən tədbirdən sonra Elmarın İkinci Fəxri Xiyabandakı qəbri ziyarət edilib, onun ruhuna dualar oxunub.
Kitabı əldə etmək istəyənlər "Alma" qəzetinin redaksiyasına müraciət edə bilərlər.
Əlaqə tel: 012-596-47-18
055-625-09-25
Qiyməti: 7 man

1 yorum:

Adsız dedi ki...

For the first time wisheԁ I could be аt the Huԁѕon Valley Resort & erotic maѕsage.
And second, the film hаs ρhilosophical import which raisеs the quality of your lіfe seem fаding away.



Feel fгee to visіt mу sіte
tantric massage London